“Mançester Yunayted” hücumçusu Entonini satmağı planlaşdırır. Matc.az xəbər verir ki, Premyer Liqa klubu onun satışından 40 milyon funt-sterlinq (48 milyon avro) gəlir götürmək niyyətindədi.

“Qırmızı şeytanlar”ın braziliyalı futbolçu ilə ayrılmağa hazır olduğu məbləğ onun 2022-ci ilin yayında “Ayaks”dan alındığı məbləğin yarısı qədərdi. “Mançester Yunayted”in transfer dəyərini artırmaq üçün Entonini icarəyə verməyə hazır olduğu da vurğulanır.

Qeyd edək ki, Entoni bu mövsüm bütün turnirlərdə 4 matçda iştirak edib, 1 qol vurub. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest