"Barselona"nın qapıçısı Voyçex Şensnı meydanda çəkindiyi futbolçunun adını açıqlayıb. Matc.az xbəər verir ki, polşalı qolkiper Lionel Messini digərlərindən fərqləndirib.

"Hansı hücumçu mənə daha çox problem yaradıb? Təbii ki, Messi. Düzdür, Leo mənə cəmi üç qol vurub. Amma çox təhlükəli olduğu üçün rəqib kimi oynamaqdan qorxduğum yeganə futbolçudu", - deyə Şensnı bildirib.

Qeyd edək ki, 34 yaşlı qolkiper bir müddət əvvəl karyerasını bərpa edərək “Barsa” ilə 1 illik müqaviləyə qol çəkib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest