Maraqlı və dramatik alınan qarşılaşmada Yevlax təmsilçisi rəqibini 3:2 hesablı məğlubiyyətə uğradıb.

Azərbaycan I Liqasında 5-ci tur start götürüb. Matc.az xəbər verir ki, lider "Karvan" doğma meydanda "İmişli"ni qəbul edib.

Maraqlı və dramatik alınan qarşılaşmada Yevlax təmsilçisi rəqibini 3:2 hesablı məğlubiyyətə uğradıb. Bununla da “Karvan” xallarının sayını 15-ə çatdırıb.

Digər görüşdə isə "Qaradağ Lökbatan" "Mingəçevir"i qəbul edib. Oyun qolsuz bərabərliklə nəticələnib.

I Liqa

V tur

16 oktyabr

"Karvan" - "İmişli" 3:2

Qollar: B.Teymurov, 1, M.Ələkbərov, 80, R.Hüseynov, 89 - E.Rəhimzadə, 46, P.Alves, 68

Qırmızı vərəqə: İ.İnqilablı, 90

"Qaradağ Lökbatan" - "Mingəçevir" 0:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest