Misli Premyer Liqasının 10-cu turu çərçivəsində keçiriləcək “Neftçi” - “Səbail” matçının biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Qiyməti 3 (1B, 2B, 4A), 5 (3B), 10 (3A) və 20 (VIP) AZN təşkil edən biletləri onlayn şəkildə əldə etmək olar.

“Neftçi Arena”nın kassalarında isə 1A, 2A və 5A sektorlarına olan biletlər (qiyməti 3 AZN) oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, oktyabrın 19-da “Neftçi Arena”da keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest