"Benfika"da özünü yaxşı tərəfdən göstərən Kərəm Aktürkoğlu karyerasını İspaniyada davam etdirmək şansı qazanıb. Matc.az xəbər verir ki, 25 yaşlı oyunçunun xidmətində "Atletiko" maraqlıdı.

Madrid klubunun baş məşqçisi Dieqo Simeone rəhbərliklə söhbətində Kərəmi komandasında görmək istədiyini bildirib. İspanlar yanvar ayında qarşı tərəfə rəsmi təkliflə müraciət edəcəklər.

Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Kərəm "Benfika"ya sentyabr ayında "Qalatasaray"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest