AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən “D” kateqoriyalı məşqçi kurslarına start verilib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

Ağcabədi Olimpiya İdman Kompleksində keçirilən kursa 20 nəfər cəlb olunub. AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıblar.

Kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə və Fərrux İsmayılov tərəfindən iştirakçılara ilkin futbol bilikləri haqqında məlumat verilib.

Qeyd edək ki, kurs 3 gün davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest