İlk oyun günündə 3 qarşılaşma keçirilib.

Minifutbol üzrə Azərbaycan çempionatında III tur start götürüb. Matc.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.

“Göyçə” - “Qalaksi” oyununda ikincilər 2:0 hesablı qələbəyə seviniblər. “Siyəzən” “Laçın” üzərində böyükhesablı qalibiyyət əldə edib - 6:1. “Star Bakı” - “Bakı145” matçında isə 9 qol vurulub. Belə ki, görüş birincilərin 6:3 hesablı üstünlüyü ilə nəticələnib.

Qeyd edək ki, 3 görüşdə qapılardan ümumilikdə 18 top keçirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest