"Qalatasaray" heyətinə yeni futbolçu qatmaq istəyir. Matc.az xəbər verir ki, İstanbul klubu "Ayaks"ın hücumçusu Steven Berqeysi transfer etmək niyyətindədi.

“Qalatasaray” rəhbərliyi niderlandlı oyunçunun keçidini qış "transfer pəncərəsi" zamanı rəsmiləşdirmək fikrindədi. Artıq qarşı tərəflə danışıqlara start verilib. Bildirilir ki, 32 yaşlı forvard Türkiyəyə köçməyə qarşı deyil.

Qeyd edək ki, 2021-ci ildən “Ayaks”ın formasını geyinən Steven Berqeysin Amsterdam klubu ilə müqaviləsinin müddəti 2025-ci il iyunun sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest