“Napoli”nin belçikalı hücumçusu Romelu Lukaku açıqlama verib. Matc.az xəbər verir ki, o, Fil Dişi Sahilidən olan keçmiş forvard Didye Droqba ilə müqayisə edilməsi haqda danışıb.

Lukaku Droqba kimi olmadığını bildirib: “Böyük bədən quruluşum olduğunu görən kimi məni “ikinci Droqba” adlandırdılar. Halbuki onun kimi deyiləm. Üslublarımız fərqlidir. Bizi ancaq qol vurmaq birləşdirir”.

Qeyd edək ki, A seriyasının cari mövsümündə 5 oyunda iştirak edən Lukaku 3 dəfə rəqib qapılarına yol tapıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest