“Goal” nəşri XXI əsrin ən sərfəli futbolçu transferlərini açıqlayıb. Matc.az xəbər verir ki, siyahıya portuqaliyalı Kriştiano Ronaldo başçılıq edir.

Onun 2003-cü ildə “Sportinq”dən 12 milyon funt-sterlinqə “Mançester Yunayted”ə transferi ən sərfəli keçid hesab olunub.

İkinci sırada Ceymi Vardi qərarlaşıb. İngilis forvard 2012-ci ildə “Lester”ə cəmi 1,7 milyona başa gəlib.

Ən sərfəli transferlər belədi:

1. Kriştiano Ronaldo: “Sportinq”dən “Mançester Yunayted”ə - 2003-cü il, 12 milyon funt-sterlinq

2. Ceymi Vardi: “Flitvud Taun”dan “Lester”ə - 2012-ci il, 1,7 milyon funt sterlinq

3. Samuel Eto: +46 milyon avro – “Barselona”dan “İnter”ə - 2009-cu il, Zlatan İbrahimoviçin əvəzinə

4. Nqolo Kante (2 dəfə): “Kan”dan “Lester”ə - 2015-ci il, 5,6 milyon funt-sterlinq və “Lester”dən “Çelsi”yə - 2016-cı il, 32 milyon funt-sterlinq

5. Riyad Mahrez: “Havr”dan “Lester”ə - 2014-cü il, 450 min funt-sterlinq

6. Kaka: “San Paulu”dan “Milan”a - 2003-cü il, 8,5 milyon avro

7. Corco Kyellini: “Fiorentina”dan “Yuventus”a - 2005-ci il, 7,3 milyon avro

8. Daniel Karvahal: “Bayer”dən “Real”a - 2013-cü il, 6,5 milyon avroya geri qaytarma

9. Marselo: “Fluminense”dən “Real”a - 2007-ci il, 6,5 milyon avro

10. Rafael Varan: “Lans”dan “Real”a - 2011-ci il, 10 milyon avro.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest