UEFA Türkiyənin “Başakşehir” klubunu cəzalandırıb. Matc.az xəbər verir ki, buna Konfrans Liqasının II turunda “Rapid”lə ev oyununda baş verənlər səbəb olub.

Məsələ burasındadı ki, “Başakşehir Fatih Terim” stadionundakı görüşdə meydan sahiblərinin azarkeşləri meydana yad əşyalar atıblar. Bu üzdən Superliqa təmsilçisi 8 min avro məbləğində cərimələnib.

Eyni zamanda kluba Konfrans Liqasındakı növbəti ev oyununda tribunanın bir hissəsinin bağlanılması cəzası kəsilib. “Petrokub”la noyabrın 27-dəki qarşılaşmada arenanın Qərb bölgəsinin B blokuna azarkeş buraxılmayacaq.

Qeyd edək ki, “Başakşehir” “Rapid”ə 1:2 hesabı ilə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest