“Barselona”nın hücumçusu Robert Levandovski zədəsini sağaldıb. Matc.az xəbər verir ki, polşalı forvard artıq kollektivlə məşqlərə qoşulub.

Onun oktyabrın 20-də “Sevilya” ilə oyunda məşqçilər korpusunun sərəncamında olması gözlənilir. 36 yaşlı futbolçu ötən həftə sağ baldır əzələsindən zədə alıb.

Qeyd edək ki, Robert Levandovski bu mövsüm “Barselona”nın heyətində keçirdiyi 11 oyunda 12 qol vurub, 2 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest