Avropa Liqasının III turunda “Ayaks”la qarşılaşacaq “Qarabağ”ın bir futbolçusu oyunu buraxacaq. Matc.az xəbər verir ki, söhbət müdafiəçi Mateus Silvadan gedir.

Sağ cinah oyunçusu Misli Premyer Liqasının VIII turunda “Sabah”la oyunda zədələnmişdi. Silva Niderland klubu ilə matça hazır olmayacaq. Həmçinin daha öncədən zədəli olan qapıçılar Şahruddin Məhəmmədəliyev və Amin Ramazanov da məşqçilər korpusunun sərəncamında olmayacaq.

Əvəzində digər sağ cinah müdafiəçisi Marko Veşoviç zədəsini sağaldıb. Monteneqrolu futbolçu “Ayaks”la görüşdə iştirak edə biləcək. Onunla yanaşı, Bəhlul Mustafazadə də sağalaraq sıraya dönüb.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” oyunu saat 20:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest