“Real”da sentyabrın ən yaxşı futbolçusu bəlli olub. Matc.az xəbər verir ki, bu ada hücumçu Kilian Mbappe layiq görülüb.

“Kral klubu”nun yayda heyətinə qatdığı fransalı forvard səsvermə zamanı komanda yoldaşlarını qabaqlayıb. O, ötən ay madridlilərin heyətində 5 oyunda 6 qol vurub.

Qeyd edək ki, Kilian Mbappe son vaxtlar zorlamada ittiham olunur. Mməhkəmə tərəfindən günahı sübuta yetirilsə, 6 ilədək həbs cəzasına məruz qala bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest