Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella "Mançester Yunayted" tərəfindən baş məşqçi postu üçün mütəxəssislərin qısa siyahısına salınıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "X" sosial şəbəkəsində "Ajansspor" paylaşıb.

Xatırladaq ki, italiyalı mütəxəssis 2023-cü ilin sentyabrında Türkiyə millisinin baş məşqçisi vəzifəsinə keçib. Bu müddətdə onun rəhbərliyi altında Türkiyə millisi bütün turnirlərdə 17 oyun keçirib, 9 qələbə qazanıb, 3 heç-heçə edib və 5 dəfə məğlub olub.

Montella Türkiyə millisinə rəhbərlik etməzdən əvvəl "Milan", "Sevilya", "Fiorentina" və "Roma"nı çalışdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest