"Real"ın hücumçusu Kilian Mbappe "Kral klubu"nu əmin edib ki, ona qarşı təcavüz ittihamlarının arxasında PSJ və şəxsən Fransa nəhənginin prezidenti Nasser Əl-Xelayfi dayanır.

Matc.az xəbər verir ki, bu barədə "Cadena Ser" məlumat yayıb.

Bildirilir ki, 25 yaşlı futbolçu hazırkı vəziyyəti Əl-Xelayfidən gələn "tələ" hesab edir. Mbappenin təcavüzdə şübhəli olması ilə bağlı məlumatların PSJ-nin nəzarətində olan media tərəfindən yayıldığı vurğulanır.

Xatırladaq ki, Mbappe və PSJ hazırda klubun hücumçuya olan 55 milyon avro borcuna görə məhkəmə çəkişməsi davam edir.

Bundan əvvəl, polis Mbappe və dostlarının İsveçə səfəri zamanı qaldıqları Stokholmun mərkəzindəki oteldə təcavüz şikayəti ilə bağlı araşdırma başlatmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest