PSJ-nin rəhbərliyi ispaniyalı məşqçi Luis Enrike ilə müqaviləni uzatmaq barədə düşünür.

Matc.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Enrike Fransa klubu ilə 2023-cü ilin yayında 2 illik müqavilə bağlamışdı. Komanda sahibləri müqavilənin mövsümün sonunda başa çatmasını gözləməyərək daha 2 il müddətinə uzatmaq istəyirlər.

Xatırladaq ki, ötən mövsüm Luis Enrikenin rəhbərliyi altında PSJ bütün daxili kubokları - çempionluğu, ölkə kubokunu və superkuboku qazansalar da, Çempionlar Liqasında Dortmund "Borussiya"sı ilə yarımfinalda mübarizədən kənarlaşdırılıblar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest