"Brentford"un baş məşqçisi Tomas Frank niderlandlı mütəxəssis Erik ten Haqın yerinə əsas namizəddir.

Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilir ki, "Mançester Yunayted" rəhbərliyi Frenkin peşəkarlıq səviyyəsini və müəyyən struktur çərçivəsində işləmək istəyini yaxşı bilir. Bununla belə, "qırmızı şeytanlar" danimarkalı mütəxəssisin top-klublarla iş təcrübəsinin olmadığını da başa düşürlər.

Qeyd edək ki, Tomas Frenk 2018-ci ildən "Brentford" klubunun baş məşqçisidir. İngiltərə çempionatının yeddi turundan sonra Frenkin komandası 10 xal toplayaraq 11-ci yerdədir.

"Mançester Yunayted" isə 8 xal toplayıb və 14-cü sırada qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest