Argentina yığmasının kapitanı Lionel Messi DÇ-2026-da oynamağı planlaşdırıb-oynamayacağı ilə bağlı sualı cavablandırıb.

Matc.az xəbər verir ki, 37 yaşlı hücumçunun bu suala cavabı dəqiq olmayıb.

"Hər şey gözlənilmədən baş verir. Hadisələri qabaqlamıram. Gündəlik həyatdan zövq almağa çalışıram. Zamanı gələndə hər şey görünəcək. Mən hadisələri tələsdirməyi sevmirəm. Ümid edirəm ki, özümü yaxşı hiss etmək və xoşbəxt olmaq üçün bu səviyyədə çıxış etməyə davam edəcəm. Mən bu məsələyə, o ana qədər oynayıb-oynamayacağımdan daha geniş baxıram".

Xatırladaq ki, DÇ-2026 üç ölkədə keçiriləcək: ABŞ, Kanada və Meksika.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest