İspaniyanın Madrid "Real"ı və Türkiyənin "Beşiktaş" klubunun sabiq futbolçusu Quti Argentina komandasını çalışdıra bilər.

Matc.az xəbər verir ki, 47 yaşlı sabiq yarımmüdafiəçi ölkəsinin "San Lorenzo" klubu ilə anlaşmağa yaxındır.

O, ilk və son dəfə baş məşqçi kimi İspaniyanın "Almeriya" kollektivini çalışdırıb.

Qeyd edək ki, Quti 1995-2010-cu illərdə "Real"da, 2010/2011 mövsümündə isə "Beşiktaş"da çıxış edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest