"Barselona" artıq "Bavariya"nın futbolçuları Coşua Kimmix və Leroy Zaanı prioritet transfer hədəfləri kimi nəzərdən keçirmir.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Bildirilir ki, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik hesab edir ki, hazırda klubda bu mövqelər kifayət qədər yaxşı təchiz olunub.

Eyni zamanda almaniyalı mütəxəssis Münhen klubunun sol cinah müdafiəçisi Alfonso Devislə müqavilə imzalamaqda maraqlıdır.

"Bavariya"nın hər üç futbolçusunun müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Qeyd edək ki, İspaniya La Liqasının 9 turundan sonra "Barselona" 24 xal toplayıb və hazırda birinci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest