"Fənərbaxça" ingilis futbolçu Rayan Kent ilə yollarını ayırdığını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, 27 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023/24 mövsümünün əvvəlində "Fənərbaxça"ya transfer edilən Rayan Kent, İsmail Kartal və Joze Mourinyonun rəğbətini qazana bilməyib və sonda ingilis futbolçu ilə yollarını ayırıb.

Qeyd edək ki, Kent İstanbul klubunun heyətində 19 rəsmi matçda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest