UEFA DÇ-2026-nın seçmə mərhələsinin püşkatma tarixini açıqlayıb. Matc.az xəbər verir ki, tədbir dekabrın 13-də baş tutacaq.
54 komanda 5 səbətə bölünəcək ki, ilk dörd səbətdə 12, beşincidə isə 6 komanda yer alacaq. Hər biri 4 və ya 5 komandadan ibarət 12 qrup formalaşacaq.
Birinci səbətə hazırda davam edən Millətlər Liqasının A liqasının ən yaxşı 8 komandası və FIFA reytinqində ən yaxşı pillədə olan dörd milli daxildi.
Seçmə mərhələnin püşkü indi atılsaydı, Azərbaycan millisi 4-cü səbətdə yer alardı. Ümumi səbətlər isə aşağıdakı kimi olardı:
1-ci səbət: Fransa, İspaniya, İngiltərə, Belçika, Niderland, Portuqaliya, İtaliya, Almaniya, Xorvatiya, İsveçrə, Danimarka, Avstriya.
2-ci səbət: Serbiya, Macarıstan, Polşa, Ukrayna, Türkiyə, İsveç, Uels, Yunanıstan, Slovakiya, Rumıniya, Çexiya, Norveç.
3-cü səbət: Şotlandiya, Sloveniya, İrlandiya, Finlandiya, Gürcüstan, Albaniya, Şimali Makedoniya, İslandiya, Bosniya və Herseqovina, Şimali İrlandiya, Monteneqro, İsrail.
4-cü səbət: Bolqarıstan, Lüksemburq, Belarus, Ermənistan, Kosovo, Qazaxıstan, Azərbaycan, Estoniya, Kipr, Latviya, Farer adaları, Litva.
5-ci səbət: Moldova, Malta, Andorra, Cəbəllütariq, Lixtenşteyn, San Marino.
Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsi 2025-ci ilin martında başlayacaq. Həmin vaxt yalnız beş komandadan ibarət qruplarda ilk turun oyunları keçiriləcək.