18 Oktyabr 2024, 10:07
FUTBOL
“Barselona” yarımmüdafiəçisi Yamin Lamal üçün sərfəli təklif alıb. Matc.az xəbər verir ki, bunu Kataloniya klubunun prezidenti Joan Laporta açıqlayıb.
O bildirib ki, 17 yaşlı hücumameyilli oyunçu üçün dəfələrlə təkliflər olub. Ancaq Laporta komandanın aparıcı futbolçusunu heç vaxt satmaq fikrində olmadıqlarını əlavə edib: “Əgər kimsə futbolçularımızı almaq istəyirsə, yaxşı təklif verməlidi. Ancaq bəziləri satılmır. Məsələn, Lamin Yamal üçün 250 milyon avro təklifi etdilər, “yox” cavabını verdim”.
Qeyd edək ki, bir müddət əvvəl PSJ-nin Yamal üçün 250 milyon avro təklif etdiyi barədə məlumatlar yayılmışdı.