Qadın futbolçulardan ibarət Portuqaliya yığmasının Avropa çempionatının pley-off mərhələsində Azərbaycanla keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib. Matc.az xəbər verir ki, baş məşqçi Françisko Neto 25 oyunçuya dəvət göndərib.

Qapıçılar: İnyes Pereyra (“Korunya”), Patrisia Moraiş (“Braqa”), Rute Koşta (“Benfika”)

Müdafiəçilər: Joana Marçao (“Servett”), Ana Seiça (“Tiqres”), Diana Qomeş (“Sevilya”), Katarina Amado, Karole Koşta (hər ikisi “Benfika”), Ana Borqes, Alisia Korreya (hər ikisi “Sportinq”), Ana Rute (“Braqa”)

Yarımmüdafiəçilər: Andreya Yaçinto (“Real Sosyedad”), Tatiana Pinto (“Atletiko”), Fransiska Nazaret (“Barselona”), Andreya Faria, Andreya Norton (hər ikisi “Benfika”), Fatima Pinto, Andreya Bravo (hər ikisi “Sportinq”), Dolores Silva (“Braqa”)

Hücumçular: Cessika Silva (“Qothan”), Telma Ensarnaçao, Diana Silva, Ana Kapeta (hamısı “Sportinq”), Karolina Mendeş (“Rasinq”), Stefanie Ribeyro (UNAM).

Qeyd edək ki, Azərbaycanla Portuqaliya yığmaları arasında ilk oyun oktyabrın 25-də Bakıda, cavab görüşü dörd gün sonra Vizelada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest