“Atalanta”nın yarımmüdafiəçisi Şarl de Ketelare İngiltərəyə köçə bilər. Matc.az xəbər verir ki, “Arsenal” 23 yaşlı futbolçu uğrunda mübarizəyə qoşulub.

London təmsilçisinin baş məşqçisi Mikel Arteta bu transferdə şəxsən maraqlıdı. Məhz onun tələbindən sonra rəhbərlik qarşı tərəflə danışıqlara başlayıb. Lakin “Arsenal”la yanaşı, “Mançester Siti”, “Tottenhem”, “Nyukasl” və “Vest Hem” də de Ketelare ilə maraqlanırlar.

Qeyd edək ki, yarımmüdafiəçinin İtaliya klubu ilə müqavilə müddəti 2027-ci ilə qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest