“Rayo Valyekano”nun futbolçusu Andrey Ratsiu Avropanın böyük klublarının maraq dairəsinə düşüb. Matc.az xəbər verir ki, Rumıniya millisinin müdafiəçisi uğrunda bir neçə komanda mübarizə aparır.

Onlardan biri də “Atletiko”du. Madrid təmsilçisi Rumıniya millisinin sağ cinah oyunçusu üçün qarşı tərəfə yüksək məbləğ ödəməyə hazırdı. 26 yaşlı futbolçunun sərbəst qalma məbləği 25 milyon avrodu.

Qeyd edək ki, “Rayo Valyekano” ilə sözləşməsi 2028-ci ilə qədər olan Ratsiunun hüquqlarının yarısı “Vilyarreal”a məxsusdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest