“Barselona” hücumçusu Robert Levandovski ilə müqaviləsini yeniləyəcək. Matc.az xəbər verir ki, bunu Kataloniya klubunun prezidenti Joan Laporta açıqlayıb.

O, Polşa millisinin kapitanının sözləşməsinin hansı şərtlərlə uzadılacağını da bildirib: “Robert oyunların 50%-ni keçirən kimi onunla müqaviləni uzadacağıq. Bu bənd artıq onun sözləşməsinə daxil edilib”.

Qeyd edək ki, Levandovski 2022-ci ilin iyulundan “Barselona”da çıxış edir. Onun hazırkı müqaviləsi 2026-cı ilin iyununda başa çatır. 36 yaşlı forvard bu mövsüm La Liqa və Çempionlar Liqasında 11 oyun keçirib, 12 qol vurub, 2 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest