“Mançester Siti”nin qapıçısı Ederson komandadakı gələcəyinin baş məşqçi Pep Qvardiolanın klubda işləməyə davam edib-etməməsindən asılı olub-olmaması ilə bağlı sualı cavablandırıb. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssisin mövsümün sonunda “şəhərlilər”i tərk edəcəyi istisna edilmir.

Ederson gələcəyini Qvardiola üzərində qurmadığını bildirib: “Gələcəyim bundan asılıdı? Xeyr. Bugünkü “Mançester Siti” əla baş direktoru olan çox yaxşı təşkil olunmuş klubdu. Düşünürəm ki, klub artıq növbəti baş məşqçisini bilir. Pep ayrılmaq qərarına gələn gün klubun strategiyasını dəyişməməyə çalışacaqlar. Təbii ki, onun gedişi böyük itki olacaq, çünki söhbət dünyanın ən yaxşı məşqçisindən gedir. Amma düşünürəm ki, klub Pepdən sonrakı dövrə çox yaxşı hazırlaşıb”.

Qeyd edək ki, Ederson yay fasiləsində Səudiyyə Ərəbistanından təkliflər alsa da, Premyer Liqa çempionunda qalmağı üstün tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest