UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa satılan biletlərin sayı açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma üçün artıq 18 min 500 ədəd bilet satılıb. Qeyd olunub ki, qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq.

Oktyabrın 24-ü saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest