"Mançester Yunayted" klubunu çalışdırmağa namizəd olan daha bir məşqçinin adı açıqlanıb. Matc.az xəbər verir ki, Zinəddin Zidanla danışıqlar aparan “mankunianlar” B variantını da düşünüblər.

Zidanla danışıqlar müsbət nəticələnməsə, İngiltərə təmsilçisi hazırda Türkiyə millisini çalışdıran Vinçentso Montella ilə müqavilə bağlamağa çalışacaq. Erik ten Haqı göndərməyə hazırlaşan “Mançester Yunayted” rəhbərliyi Zidandan “yox” cavabı alsa, Montellaya 3 illik müqavilə təklif edəcək.

Qeyd edək ki, Vinçentso bunadək “Milan”, “Sevilya”, “Fiorentina” və “Roma” klublarını da çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest