I Liqada 5-ci turun oyunları davam edir. Matc.az xəbər verir ki, bu gün tur çərçivəsində daha 2 görüş baş tutub.

"Cəbrayıl" MOİK-lə qarşılaşıb. Oyun “hərbçilər”in 1:0 hesablı qələbəsi ilə nəticələnib. "Zaqatala" isə "Bakı Sportinq" üzərində 2:0 hesablı qələbəyə sevinib.

Tura sabah oynanılacaq “Qəbələ” - “Difai” matçı ilə yekun vurulacaq.

1-ci liqa, 5-ci tur

18 oktyabr (cümə)

“Cəbrayıl” – MOİK - 0:1

Qol: X.Sadıxov, 7

“ASCO Arena”

“Zaqatala” – “Bakı Sportinq” - 2:0

Qollar: J.Assumu, 61, R.İsmayılov, 90

Zaqatala OİK stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest