"Transfermarkt" portalının qiymətləndirməsindən sonra "Barselona"nın futbolçusu Lamin Yamal futbol tarixinin ən bahalı gənc oyunçusu adına yiyələnib. Matc.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçinin hazırkı qiyməti 150 milyon avrodu.

Bunadək rekord "Real"ın üzvü Kilian Mbappeyə aid idi. O, PSJ-də oynayarkən 18 yaşında 90 milyon avro dəyərində qiymətləndirilmişdi. Yamal isə bu rekordu 17 yaşında qırıb.

Qeyd edək ki, Lamin cari mövsümdə "Barselona"da 11 oyun keçirib və 5 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest