"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq "qırmızı şeytanlar" rəhbərliyinin yaxın vaxtlarda onu qovacağı ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano "X" sosial şəbəkəsində paylaşıb.

"Bütün bu səs-küy yalnız bəzi KİV-lərin hekayələr və nağıllar uydurmasından qaynaqlanır. Yalan məlumatlar yayırlar. Bəzi jurnalistlər dediklərimə inanmır. Nə yazdıqlarını görmüşəm".

Xatırladaq ki, daha əvvəl mətbuatda niderlandlı mütəxəssisin "Mançester Yunayted"in növbəti iki oyununun nəticələrinə görə qovula biləcəyi ilə bağlı məlumatlar yayılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest