Futbol üzrə Azərbaycan II Liqasında VII tura yekun vurulub.

Matc.az xəbər verir ki, turun sonuncu oyun günüdə bu gün iki görüş baş tutub.

"Saatlı-Araz" səfər oyununda "Dinamo"ya minimal hesabla uduzub. "Göygöl" isə "Füzuli"ni 9 cavabsız qolla darmadağın edib.

II Liqa
VII tur
18 oktyabr

"Dinamo"  "Saatlı-Araz" - 1:0
Qol: Şahin Əliyev, 15

"Göygöl"  "Füzuli" - 9:0
Qollar: Samir Məmmədov, 6; 23; 72; 81. Zahid Sadıxov, 20. Çingiz Məmmədov, 54. İntiqam Tağıyev, 67. Araz Quliyev, 90

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest