"İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi "Nyu Enqland Revolutşion"la MLS-in final qarşılaşmasında het-trik edib.

"İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi "Nyu Enqland Revolutşion"la MLS-in sonuncu qarşılaşmasında het-trik edib.

Matc.az xəbər veriir ki, Fort Lauderdeyldə baş tutan görüş meydan sahiblərinin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Messi klub tarixinin ən yaxşı bombardiri olub. 37 yaşlı forvard Amerika klubunun heyətində 33 qola imza atıb.

Bu göstəriciyə görə, argentinalı klubun sabiq hücümçusu, 32 qol vuran ekvadorlu Leonardo Kampananı ötüb.

Qeyd edək ki, MLS-in cari mövsümündə argentinalı ulduz 19 oyun keçirib, 20 qol vurub və 10 məhsuldar ötürmə verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest