"İnter Mayami" MLS-in sonuncu qarşılaşmasında "Nyu Enqland Revolutşion" 6:2 hesablı ilə məğlub edərək vaxtından əvvəl çempion olub və pley-offa yüksəlib.

Matc.az xəbər verir ki, "İnter Mayami" 34 oyunda 74 xal toplayıb ki, bu da klub və liqa tarixində ən yaxşı nəticədir.

Bu müddət ərzində kapitan Lionel Messinin rəhbərlik etdiyi komanda 34 matçda 79 qol vurub. Argentinalı forvard isə 19 oyunda 20 qol vurub və 10 məhsuldar ötürmə edib.

Qeyd edək ki, FİFA prezidenti Canni İnfantino daha əvvəl "İnter Mayami"nin 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatında iştirak edəcəyini açıqlamışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest