"Barselona"nın sabiq baş məşqçisi Xavi Qətər millisinə rəhbərlik edə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Al Raya" məlumat yayıb.

Bildirilir ki, Qətər millisinin idman direktorları ispan mütəxəssislə görüşərək onunla əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.

Xatırladaq ki, Xavi 2021-ci ilin noyabrında "Barselona"ya rəhbərlik etməzdən əvvəl Qətərin "Əl Sədd" klubunun baş məşqçisi vəzifəsində çalışıb. 2019-cu ildən bu klubda çalışır.

44 yaşlı mütəxəssis ötən mövsümün sonunda Kataloniya klubunun baş məşqçi postunu tərk edib. Onun rəhbərliyi altında "Barselona" çempionluq və İspaniya Superkubokunu qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest