"Yuventus"un 24 yaşlı hücumçusu Duşan Vlahoviçlə maraqlanan "Arsenal" onu 60 milyon avroya almağa hazırdır.

Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat paylaşıb.

Bildirilir ki, Turin klubu ilə müqaviləni uzatmaqda çətinlik çəkdiyi üçün "topçular"ın serb futbolçunu almaq şansları artıb.

Tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilməsələr, o zaman "qoca sinyora" Vlahoviçlə müqaviləsi 30 iyun 2026-cı ilə qədər olduğuna görə, oyunçunu pulsuz itirməmək üçün yayda satmaq niyyətindədir.

Qeyd edək ki, cari mövsümdə Vlahoviç bütün turnirlərdə 10 matçda iştirak edib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 65 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest