"Real" oktyabrın 28-də ilin ən yaxşı futbolçusuna "Qızıl top" mükafatlandırılması mərasimində klubun cinah oyunçusu Vinisius Juniorun qələbə qazanacağına inanır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı AS paylaşıb.

Bildirilir ki, "Kral Klubu" rəsmi təsdiqin olmamasına və ya məlumat sızmasına baxmayaraq, braziliyalı futbolçunun qələbəsinə əmindir.

Qeyd edək ki, bu mövsüm Vinisius bütün yarışlarda 13 matçda iştirak edib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.

Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında Vinisiusun dəyəri 200 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest