İngiltərə millisi 2026-cı il dünya çempionatının qalibi olacağı təqdirdə, yığmasının baş məşqçisi Tomas Tuxel 3 milyon funt-sterlinq (3,6 milyon avro) bonus qazanacaq.

Matc.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Bildirilir ki, bu, 2022-ci il dünya çempionatında qalib olacağı təqdirdə keçmiş baş məşqçisi Qaret Sautqeytə vəd ediləndən 1 milyon funt-sterlinq azdır.

Lakin alman mütəxəssisin İngiltərə komandasındakı maaşı ildə 5 milyon funt-sterlinqdir (6 milyon avro), Sautqeyt isə ildə 2,5 milyon funt-sterlinq (3 milyon avro) alırdı.

Qeyd edilir ki, Tuxel klub çalışdırsa idi daha çox pul qazana bilərdi, lakin onun, İngiltərə millisinin baş məşqçisi olmaq fürsətindən qürur duyduğu vurğulanır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest