"Napoli"nin 23 yaşlı cinah oyunçusu Xviçi Kvaratsxeliyanın agenti klubun rəhbərliyindən yeni müqavilədə gürcü futbolçunun maaşının 8 milyon avro olmasını tələb edir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "La Gazzetta dello Sport" paylaşıb.

Bildirilir ki, "Napoli" Kvaratsxeliyaya ildə 6 milyon avro və əlavə bonuslar təklif etməyə hazır deyil. Tərəflər gürcü futbolçunun müqaviləsinin 2029-cu ilin yayına qədər uzadılmasını müzakirə edirlər. Onlar arasında danışıqlar növbəti həftələrdə də davam etdiriləcək.

Kvaratsxeliyanın "Napoli" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Qeyd edək ki, bu mövsüm hücumçu bütün yarışlarda 9 matçda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 80 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest