"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 10-cu turunun "Zirə" ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında iştirak edib.

"Oyun haqda nə danışa bilərəm? Yaxşı başladıq, qol vurduq. Hər şey bizim nəzarətimiz altındaydı. İkinci hissədə oyuna nəzarət edən tərəf biz idik. Qol fürsətimiz də oldu. İki-üç qol fürsətimiz var idi, amma daha yaxşı zərbələr endirsəydik, yarı fürsətlərdən də istifadə edə bilərdik. Əfsuslar olsun ki, qoldan 2 dəqiqə öncə 3-4 ardıcıl səhvlər etdik və qol buraxdıq. Futboldur, fürsətləri istifadə etmirsizsə, qol görürsüz".

Matc.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 10-cu turunun "Zirə" ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Rəqib baş məşqçi isə 65-70 dəqiqə üstün olduqlarını bildirdilər. Niyə "Sabah" daha çox əks-hücumlara üstünlük verirdi, halbuki dominant oynamaq üçün lazım olan futbolçulara sahibsiz...
- Topla və topsuz oyuna nəzarət edə bilərsən. Əgər səmimi şəkildə desək, "Zirə" heç bir qol fürsəti yaratmadı. Amma bizim isə bir 100 faizli, 2-3 yarı qol fürsətlərimiz oldu ki, onlardan yararlanmalıydıq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest