"Mançester Siti" Premyer Liqanın 8-ci turunun "Vulverhempton"la səfər oyununda qələbə qazanıb - 2:1.

Matc.az xəbər verir ki, Mançester klubu bu nəticə ilə Premyer Liqada ardıcıl 31 qarşılaşmanı məğlubiyyətsiz keçirərək klub rekordunu yeniləyib.

Sonuncu dəfə "Mançester Siti" Premyer Liqada ötən ilin dekabrında "Aston Villa" ilə oyunda (0:1) məğlub olub.

Qeyd edək ki, 8-ci turdan sonra "Mançester Siti" 20 xal toplayaraq turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest