12 Yanvar 2025, 17:55
FUTBOL
Bu gün Misli Premyer Liqasında çıxış edən Azərbaycanın bir neçə klubu yoxlama oyununda qüvvəsini sınayıblar.
Bu gün Misli Premyer Liqasında çıxış edən Azərbaycanın bir neçə klubu yoxlama oyununda qüvvəsini sınayıblar.
Matc.az xəbər verir ki, ilk olaraq "Sabah" və "Şamaxı" klubları üz-üzə gəliblər.
Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək görüş saat 15:00-da start götürüb. Matç Bakı təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Cesse Sekidika, Xəyal Əliyev vurub.
"Sabah" hazırda 26 xalla 5-ci, "Şamaxı" isə 17 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu, "Sabah"ın qış hazırlığında ilk yoxlama matçıdır. "Şamaxı" isə ilk sınaq oyununda "Zirə"yə uduzub - 1:3.