İspaniya Superkubokunun finalında “Real”a qalib gələn “Barselona” tarixi uğura imza atıb. Matc.az xəbər verir ki, Kataloniya klubu ilk dəfə ardıcıl iki “El Klasiko”da “kral klubu”nun qapısından 4 və ya daha çox qol vurub.

La Liqa çərçivəsində “Santyaqo Bernabeu” stadionundakı qarşılaşmada Hans-Diter Flikin yetirmələri səfərdə 4 cavabsız qolla qələbə qazanmışdı. Superkubokun finalında isə “Barsa” 5:2 hesablı qələbə ilə kuboka yiyələnib.

Qeyd edək ki, La Liqada hazırda “Real” 43 xalla ikinci, “Barselona” 38 xalla üçüncü sıradadı. Turnir cədvəlinə 44 xalla “Atletiko” başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest