Rumıniyanın “Hermannstadt” klubunun hücumçusu Yanis Stoyka karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az xəbər verir ki, 22 yaşlı futbolçu “Qarabağ”ın maraq dairəsindədir.

Rumıniya mətbuatının məlumatına görə, Ağdam təmsilçisi ilə yanaşı, Kiyev “Dinamo”su da Stoykanı heyətinə cəlb etmək fikrindədi. Hazırda hər iki klubla danışıqların aparıldığı bildirilib.

Qeyd edək ki, Yanis Stoykanın “Hermannstadt”la müqaviləsi 2027-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest