O, ölkəsinin "Yedinstvo UB" komandasının baş məşqçisi təyin olunub. Hazırda yüksək liqada yarışan komanda 16 kollektiv arasında sonuncudu.

"Qarabağ"ın sabiq futbolçusu Uroş Matiç karyerasını bitirib. Matc.az xəbər verir ki, gözlənilməz qərarı ilə hər kəsi təəccübləndirən 34 yaşlı serbiyalı məşqçiliyə başlayıb.

O, ölkəsinin "Yedinstvo UB" komandasının baş məşqçisi təyin olunub. Hazırda yüksək liqada yarışan komanda 16 kollektiv arasında sonuncudu.

Razılaşmaya əsasən, Matiç cari mövsümün sonunadək "Yedinstvo UB" komandasını çalışdıracaq.

Qeyd edək ki, Uroş 2020/21 mövsümündə "Qarabağ"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest