13 Yanvar 2025, 15:01
FUTBOL
"Milan" və "Fənərbağça"nın sabiq müdafiəçisi Simon Kyaer karyerası ilə bağlı qərar qəbul edib. Matc.az xəbər verir ki, danimarkalı futbolçu karyerasını bitirib.
Bu barədə Kyaer özü sosial şəbəkə hesabında məlumat verib. O, 35 yaşında butslarını mismardan asmağı lazım bilib.
Qeyd edək ki, Simon karyerası ərzində "Palermo", "Roma", "Atalanta", "Volfsburq", "Lill" və "Sevilya" klublarının da formasını geyinib.