"Qarabağ”ın əsas komandası üçün hakimlik məsələləri və oyun qaydaları ilə bağlı seminar təşkil olunub. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti xəbər yayıb.

“Azərsun Arena”nın akt zalında təşkil edilən tədbirdə AFFA Hakimlər Komitəsinin sədri Frank de Bleker, komitənin üzvü Ömər Paşayev, həmçinin komanda üzvləri və məşqçi heyəti iştirak edib.

Qurum rəsmisi hakimlik və oyun qaydaları haqqında danışıb, bu mövzuda suallar cavablandırılıb. Komitə rəhbəri videoçarxda nümayiş olunan oyun epizodlarını şərh edib. Epizodlarla bağlı müzakirələr aparılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest